...

Tayvanda 5,3 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 23 Oktyabr 2021 08:07 (UTC +04:00)

Bakı. Trend:

Tayvanın şimal-şərqində 5,3 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Çin adasının Seysmologiya xidməti bildirib.

Məlumata əsasən, yeraltı təkanlar 11:16-da qeydə alınıb.

Zəlzələnin episentri Hualyan şəhərindən 9 kilometr şimal-şərqdə, ocağı isə 25,8 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti