...

İranda koronavirusdan gündəlik ölüm sayı yenidən artıb

Dünya xəbərləri Materials 27 Oktyabr 2021 14:47 (UTC +04:00)
İranda koronavirusdan gündəlik ölüm sayı yenidən artıb

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 197 nəfər koronavirusdan (COVID-19) ölüb, 10 644 nəfər yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Halbuki ötən günün statistikasına əsasən İranda 156 nəfər koronavirus nəticəsində ölmüşdü.

Bununla da İranda bu virusdan ölənlərin sayı 125 716 nəfərə, yoluxanların sayı isə 5 888 100 nəfərə çatıb. Virus daşıyıcılarından 4 127 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 455 329 nəfər koronavirusdan sağalıb, 35 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 83,5 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 51,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31,7 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 72,5 min təşkil edir.

Twitter:@BaghishovElnur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti