...

"Facebook" şirkəti adını dəyişdirdi

Dünya xəbərləri Materials 28 Oktyabr 2021 22:28 (UTC +04:00)
"Facebook" şirkəti adını dəyişdirdi

Bakı. Trend:

ABŞ-ın "Facebook" şirkəti adını "Meta" olaraq dəyişdirib.

Trend-in məlumatına görə, bunu onlayn-təqdimat zamanı şirkətin banisi Mark Zukerberq deyib.

M.Zukerberq bildirib: "İndi bizim adımız "Meta"dır". O əlavə edib ki, rebrendinqə baxmayaraq, şirkətin missiyası insanları birləşdirmək olaraq qalır.

Onun sözlərinə görə, şirkətin yeni loqosu mavi rəngdə sonsuzluq işarəsi olacaq. M.Zukerberq qeyd edib ki, şirkətə məxsus olan sosial şəbəkələr və tətbiqlərin adları dəyişdirilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti