Bakı. Trend:
"YouTube" onlayn-videohostinqin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.
Trend-in məlumatına görə, bu barədə populyar internet resursların işini izləyən "Downdetector" portalı xəbər verir.
Portalın məlumatına əsasən, texniki qüsurlar ABŞ, Kanada, Fransa, Böyük Britaniya və Yaponiyada qeydə alınıb.
Bildirilir ki, istifadəçilərin 52 faizi saytın işində, 29 faizi videoların yüklənməsində, 19 faizi isə şəxsi hesaba daxil olmaqda problemlərlə üzləşiblər.