...

Erməni zabit avtoqəzada ölüb

Dünya xəbərləri Materials 10 Noyabr 2021 15:46 (UTC +04:00)
Erməni zabit avtoqəzada ölüb

Bakı. Trend:

Noyabr 10-u 07.00 radələrində Ermənistan silahlı qüvvələrinin Qafan rayonu ərazisində yerləşən hərbi hissələrdən birinin zabiti həlak olub.

Trend erməni KİV-inə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonu ərazisində yerləşən hərbi hissəsinin Hava Hücumundan Müdafiə xidməti rəisi, 1971-ci il təvəllüdlü kapitan David Hakopyan Qafan-Gorus yolunda baş verən avtoqəza nəticəsində hadisə yerində ölüb.

Qeyd edək ki, Ermənistanda Zəngəzur vilayəti istiqamətində hərbçilərin olduğu daha bir avtomobil də qəzaya uğrayıb.

Hadisə nəticəsində bir erməni hərbçi həlak olub, daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, avtomobildə olan şəxslər eyni hərbi hissədə qulluq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti