...

Yaponiyanın XİN rəhbəri Çinə dəvət edilib

Dünya xəbərləri Materials 21 Noyabr 2021 10:58 (UTC +04:00)

Bakı. Trend:

Çinin xarici işlər naziri Van İ yaponiyalı həmkarı Yesimasa Hayasi ilə telefon danışığı zamanı onu Çinə səfərə dəvət edib.

Trend-in məlumatına görə, bunu "Fuji TV" telekanalına müsahibəsi zamanı Yaponiyanın XİN rəhbəri deyib.

Yaponiya KİV-lərinin məlumatına əsasən, səfər barədə qərar hələ qəbul edilməyib, xarici işlər naziri dəvəti nəzərdən keçirir.

2022-ci ildə Pekində keçiriləcək qış Olimpiya Oyunlarnın ABŞ prezidenti Cozef Bayden tərəfindən təklif edilən "diplomatik boykotu" barədə suala cavabında XİN rəhbəri bildirib ki, Yaponiya bununla bağlı öz vəziyyətindən və öz nöqteyi-nəzərindən hərəkət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti