...

ABŞ hökuməti İŞİD-lə əlaqəsi olan bir neçə şəxslərə qarşı sanksiya tətbiq edib

Dünya xəbərləri Materials 22 Noyabr 2021 21:42 (UTC +04:00)
ABŞ hökuməti İŞİD-lə əlaqəsi olan bir neçə şəxslərə qarşı sanksiya tətbiq edib

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyi Xorasandakı "İslam Dövləti" terror qruplaşması ilə əlaqəsi olan 4 Əfqanıstan vətəndaşına qarşı sanksiya tətbiq edib.

Trend-in məlumatına görə, bu barədə Nazirlik tərəfindən yayılan açıqlamada bildirilib.

Məhdudiyyətlər aşağıdakı şəxslərə qoyulub: Sultan Əziz Əzəm, Sənaullah Qafari (həmçinin Şahab ​​əl-Mühacir kimi tanınır), İsmətullah Xalozai (həmçinin Şer Ömər Heil kimi tanınır) və Mövləvi (İslamda dini titulu) Rəcəb (həmçinin Səlahəddin kimi tanınır).

Onlar hamısı, sənədə əsasən, Əfqanıstan vətəndaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti