...

"Omikron" ştammı ABŞ-ın 10 ştatında aşkar edilib

Dünya xəbərləri Materials 4 Dekabr 2021 09:57 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Koronavirusun "Omikron" ştammı ABŞ-ın 10 ştatında qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb.

Qeyd olunub ki, "omikron" ştammı azı iki ştatda, Havay və Minnesota ştatlarında ölkəni tərk etməmiş şəxslərdə aşkar edilib.

ABŞ ərazisində "omikron" ştammı ilk dəfə dekabrın 1-də Kaliforniyada Afrikanın cənubundan səfərdən qayıtmış şəxsdə aşkar edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti