...

Niderland Rotşildlərdən Rembrandtın rəsmini almaq üçün 150 milyon avro ayırıb

Dünya xəbərləri Materials 9 Dekabr 2021 06:14 (UTC +04:00)
Niderland Rotşildlərdən Rembrandtın rəsmini almaq üçün 150 milyon avro ayırıb

Bakı. Trend:

Niderland hökuməti 17-ci əsrin Niderlandlı rəssamı Rembrandt van Reynin məşhur "Bayraqçı" avtoportretini almağı planlaşdırdığını açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə "BBC News" telekanalı xəbər verib.

Hökumət ölkə mədəniyyəti və tarixi üçün son dərəcə vacib sayılan rəsm əsərinin alınması üçün parlamentin razılığını almaq istəyir. Rəsmi almaq üçün 150 milyon avro (170 milyon dollar) ayırılıb, muzey fondu daha 10 milyon avro, Rembrandt Assosiasiyası isə 15 milyon avro əlavə edəcək.

Fransa avtoportreti almaq hüququndan imtina etdikdən və onun açıq bazarda satışına icazə verdikdən sonra Niderland rəsm əsərini Rotşildlərin şəxsi kolleksiyasından almaq qərarına gəlib.

Niderland rəssamın kətan əsəri 1844-cü ildən Rotşildlər ailəsinin fransız qoluna məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti