...

Dünya Bankı Əfqanıstana dondurulmuş yardımdan 280 milyon dollar ayırır

Dünya xəbərləri Materials 11 Dekabr 2021 08:37 (UTC +04:00)

Bakı. Trend:

Dünya Bankının (DB) Direktorlar Şurası ilin sonuna kimi iki humanitar yardım təşkilatına Əfqanıstan üçün nəzərdə tutulmuş dondurulmuş yardımdan 280 milyon dollar vəsaiti ayıracaq.

Trend xəbər verir ki, bu barədə bankın rəsmi saytında bildirilir.

Qeyd olunur ki, Əfqanıstanın Yenidənqurma Fondunun donorlar 2021-ci ilin dekabr ayının sonuna kimi fonddan Ümumdünya Ərzaq Proqramı (WFP) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (UNICEF) 280 milyon dollar ayırmaq qərarına gəliblər. Bu qərar müşahidə olunan kritik şəraitdə Əfqanıstan xalqına humanitar yardım göstərmək üçün fondun resurslarının yönləndirilməsində ilk addımdır.

Vurğulanır ki, UNİCEF 100 milyon dollar alaraq, 12,5 milyon insan üçün həyati vacib tibbi yardım göstərəcək və 1 milyon insan peyvənd olunacaq. Ümumdünya Ərzaq Proqramı təxminən 2,7 milyon insanı qida ilə təmin etmək üçün 180 milyon dollar alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti