...

Britaniyanın Brexit üzrə naziri istefa verib

Dünya xəbərləri Materials 19 Dekabr 2021 04:52 (UTC +04:00)

Bakı. Trend:

Britaniyanın Brexit məsələləri üzrə naziri Devid Frost istefa verib.

Trend xəbər verir ki, bunu Frost ölkənin Baş naziri Boris Consona ünvanladığı məktubda bildirib.

Ehtimal olunurdu ki, nazir vəzifəsini gələn ilin yanvarında tərk edəcək. Lakin onun istefa qərarı geniş ictimaiyyətə indi məlum olduğundan, dərhal postunu tərk etməyi düzgün hesab edib.

Frost yüksək vergilər, emissiyaların azaldılması öhdəlikləri və koronavirus məhdudiyyətləri daxil olmaqla "hökumət siyasətinin istiqamətini" bəyənmiyib.

Xəbər lenti

Xəbər lenti