...

Türkiyədə COVID-19-a yeni yoluxma hallarının 10%-dən çoxunu "omikron" ştammı təşkil edir

Dünya xəbərləri Materials 25 Dekabr 2021 23:11 (UTC +04:00)
Türkiyədə COVID-19-a yeni yoluxma hallarının 10%-dən çoxunu "omikron" ştammı təşkil edir

Bakı. Trend:

Türkiyədə koronavirusa yeni yoluxma hallarının 10 faizindən çoxunu "omikron" ştammı təşkil edir.

Trend-in məlumatına görə, bunu özünün "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca yazıb.

Onun sözlərinə görə, koronavirusun yeni ştammına yoluxma halları əsasən əhalənin sıx məskunlaşdığı əyalətlərdə qeydə alınır.

"Omikron" ştammının Avropadan sonra ölkəmizdə də yayılması buster dozanın vacibliyini vurğulayır. Ehtiyat tədbirlərinə diqqətlə riayət edin, buster doza ilə peyvənd olunun və sosial həyatınızı olmalı olduğu kimi davam etdirin: ştamm yenidir, lakin ehtiyat tədbirləri eynidir", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti