...

Türkiyədə son 3 həftədə koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilənlərin sayında 6,2 faiz artım olub

Dünya xəbərləri Materials 10 Yanvar 2022 02:11 (UTC +04:00)
Türkiyədə son 3 həftədə koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilənlərin sayında 6,2 faiz artım olub

Bakı. Trend:

Türkiyədə son 3 həftədə koronavirusla əlaqədar xəstəxanaya yerləşdirilənlərin sayında 6,2 faiz artım olub.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca yazıb.

"Omikron" ştammına yoluxmaların artmasının mərkəzində İstanbul dayanır. Son üç həftədə Türkiyədə xəstəxanaya yerləşdirilənlərin sayı 6,2 faiz artıb. Reanimasiya və intubasiyada əhəmiyyətli artım yoxdur. Ölənlərin əksəriyyətini 60 yaşdan yuxarı və xroniki xəstəlikləri olanlar təşkil edir", - deyə səhiyyə naziri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti