...

KXDR Yapon dənizi istiqamətində naməlum mərmi atıb

Dünya xəbərləri Materials 11 Yanvar 2022 03:32 (UTC +04:00)
KXDR Yapon dənizi istiqamətində naməlum mərmi atıb

Bakı. Trend:

Şimali Koreya Xalq Demokratik Respublikası Yapon dənizi istiqamətində naməlum mərmi atıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü məlumatı təsdiqləyib.

Yaponiya Sahil Mühafizəsi xidməti buraxılan mərminin artıq yerə düşdüyünü, lakin dəqiq yerin hələlik məlum olmadəğını bildirib.

Yaponiya baş nazirinin ofisində Pxenyanın növbəti ehtimal olunan raket buraxılışı ilə bağlı məlumatların toplanması və təhlili üçün operativ qərargah işə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti