Bakı. Trend:
Çinin Pekin şəhərində koronavirusun "omikron" ştammına ilk yoluxma halı qeydə alınıb.
Trend-in "The Guardian" qəzetinə istinadən verdiyi məlumata görə, ilk yoluxma halı fevralın 4-ü Pekində keçiriləcək Qış Olimpiya oyunlarından 3 həftə öncə aşkarlanıb.
Yoluxma halını aşkarlandığı Haydan rayonunun hakimiyyət orqanları "omikron"a yoluxmuş şəxsin yaşayış sahəsini və iş yerini bağladyıblar. Bundan əlavə, onun təmasda olan 2 mindən çox insan test edilib.