...

Rusiyada koronavirusa gündəlik yoluxma 30 mini keçib

Dünya xəbərləri 17 Yanvar 2022 12:41
Rusiyada koronavirusa gündəlik yoluxma 30 mini keçib

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada son sutka ərzində 30 726 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bu, ötən il dekabrın 10-dan sonra qeydə alınmış ən yüksək göstərici olub.

Əvvəlki gün 29 230 nəfərin yoluxması qeydə alınmışdı. Bugünədək ölkədə koronavirusa yoluxanların sayı 10,83 milyonu ötüb.

Eyni zamanda son sutkada 670 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 686 nəfər təşkil etmişdi.

Rusiyada bugünədək koronavirusdan ölənlərin sayı 321 990 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti