...

İranda ötən sutka ərzində 19 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri 19 Yanvar 2022 15:06 (UTC +04:00)
İranda ötən sutka ərzində 19 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 4 060 nəfər koronavirusa (COVID-19) yoluxub, 19 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 132 132 nəfərə, yoluxanların sayı isə 6 231 909 nəfərə çatıb. Virus daşıyıcılarından 1 271 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 071 217 nəfər koronavirusdan sağalıb, 43,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 127 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 13,4 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti