...

Tacikistan sərhəddə baş verən insident nəticəsində mülki əhali arasında itkilər olduğunu bildirib

Dünya xəbərləri Materials 28 Yanvar 2022 00:32 (UTC +04:00)
Tacikistan sərhəddə baş verən insident nəticəsində mülki əhali arasında itkilər olduğunu bildirib

Bakı. Trend:

Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsi Qırğızıstan sərhədində atışma nəticəsində mülki şəxslər və sərhədçilər arasında itkilərin olduğunu bildirib.

Trend-in məlumatına görə, Komitədən qeyd olunub ki, Qırğızıstan tərəfindən Tacikistan Respublikası istiqamətində yerli sakinlər, avtomobillər və müxtəlif infrastruktur obyektləri güclü atəşə tutulub:

"Sərhəd zastavaları minaatanlardan atəşə tutulub".

Komitədən verilən məlumata əsasən, Tacikistan Respublikasının hava məkanını pozaraq pilotsuz uçuş aparatlarının uçuşları qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti