...

İranda ötən sutka 12 minə yaxın şəxs koronavirusa yoluxub

Dünya xəbərləri Materials 29 Yanvar 2022 15:07 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 11 731 nəfər koronavirusa (COVID-19) yoluxub, 24 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 132 380 nəfərə, yoluxanların sayı isə 6 322 183 nəfərə çatıb. Virus daşıyıcılarından 1 362 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 098 675 nəfər koronavirusdan sağalıb, 44,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 131 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 16,4 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti