...

SpaceX pis hava şəraitinə görə iki peykin buraxılışını təxirə salıb

Dünya xəbərləri Materials 30 Yanvar 2022 07:22 (UTC +04:00)
SpaceX pis hava şəraitinə görə iki peykin buraxılışını təxirə salıb

Bakı. Trend:

ABŞ-ın SpaceX şirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar Floridada Falcon 9 reaktiv daşıyıcılarının iki buraxılışını təxirə salıb.

Trend xəbər verir ki, bu barədə məlumatı şirkətin mətbuat xidməti yayıb.

İtaliyanın COSMO-SkyMed yer müşahidə peyki ilə birliktə raketin John F. Kennedy adına Kosmik Mərkəzin ərazisindən orbitə buraxılması ABŞ-ın Şərq Sahil vaxtı ilə şənbə günü saat 18:11-ə təyin edilməsinə baxmayaraq, bir gün təxirə salınıb. Kanaveral burnundakı kosmodromdan bazar gününə planlaşdırılan Falcon-9 buraxılışı yanvarın 31-dən tez baş tutmayacaq.

Ərazidə güclü külək əsir və buludlu hava şəraiti müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti