...

Madaqaskarda tropik siklonu nəticəsində azı 10 nəfər ölüb

Dünya xəbərləri Materials 7 Fevral 2022 02:50 (UTC +04:00)
Madaqaskarda tropik siklonu nəticəsində azı 10 nəfər ölüb

Bakı. Trend:

Madaqaskarda güclü "Batsiray" tropik siklonu nəticəsində azı 10 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə "BBC" televiziya kanalı bildirib.

Qeyd edilib ki, siklon adaya leysan yağışı və sürəti 235 km/saat-a çatan küləklər gətirib, külək nəticəsində sahildə yüksək dalğalar əmələ gəlib. Bir neçə sahilyanı kənd təbii fəlakət nəticəsində demək olar ki, tamamilə məhv edilib.

Milli Meteoroloji Xidmətindən bildiriblər ki, siklon hazırda zəifləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti