...

Fransa Bankının mətbəəsində yanğın olub, 34 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 9 Fevral 2022 21:38 (UTC +04:00)

Bakı. Trend:

Fransa Bankının Klermon-Ferran şəhəri yaxınlığındakı mətbəəsində baş verən yanğın nəticəsində azı 34 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "actu.fr" portalı Püi-de-Dom departamentinin polisinə istinadən bildirib.

Məlumata əsasən, onlardan 10-u xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar arasında iki yanğınsöndürən də var.

Yanğın yerli vaxtla səhər saat 10:00 radələrində Fransa Bankının əskinasların çap olunduğu binasında başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti