...

Riqa hava limanında təyyarə tüstülənib, sərnişinlər təxliyə olunub

Dünya xəbərləri Materials 17 Fevral 2022 17:48 (UTC +04:00)
Riqa hava limanında təyyarə tüstülənib, sərnişinlər təxliyə olunub

Bakı. Orxan Nəbiyev - Trend:

Latviyanın paytaxtı Riqa hava limanında tüstülənən təyyarədən sərnişinlər təxliyə olunub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Yanğın-Xilasetemə Dövlət Xidməti bildirib.

Qeyd olunur ki, Litvadan Finlandiyaya uçuş həyata keçirən təyyarə tüstülənmə ilə əlaqədar Riqada eniş etməli olub.

Nəticədə təyyarədə 18 nəfər təxliyə edilib. Xəsarət alan olmayıb.

Tüstülənmənin qarşısı alınıb, hadisənin səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti