...

BMT-nin əməkdaşları Donbassda işlərini davam etdirirlər

Dünya xəbərləri Materials 18 Fevral 2022 22:48 (UTC +04:00)

Bakı. Trend:

Hazırda bölgədə vəziyyətin gərginləşməsinə baxmayaraq, BMT-nin əməkdaşları Donbassda işlərini davam etdirirlər.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

"Hazırda heç bir dəyişiklik yoxdur, - deyə S.Cüjarrik BMT-nin personalının təxliyəsi barədə suala cavabında deyib. - Dünyanın bir çox yerində BMT-nin əməkdaşları belə hallarda əhalinin humanitar ehtiyaclarını təmin etmək üçün öz vəzifələrində qalırlar".

Eyni zamanda, S.Cüjarrik qeyd edib ki, BMT Donbassdan gələn vəziyyətin ağırlaşması ilə bağlı xəbərləri hələ müstəqil şəkildə təsdiqləyə bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti