...

Polşa və ABŞ birgə təlimlər keçirir

Dünya xəbərləri Materials 21 Fevral 2022 03:18 (UTC +04:00)

Bakı. Trend:

Polşanın cənub-şərqində ABŞ və Polşanın birgə təlimləri başlayıb.

Trend-in məlumatına görə, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak özünün "Twitter" səhifəsində yazıb.

"Həftəsonu 18-ci Mexanikləşdirilmiş Diviziyanın ("Dəmir Diviziya") əsgərləri Polşanın cənub-şərqində ABŞ Ordusunun 82-ci Hava Desant Diviziyasının əsgərləri ilə birgə təlimlərə başlayıblar.

Biz ardıcıllıqla NATO-nun şərq cinahının təhlükəsizliyini gücləndiririk", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti