...

ABŞ NATO-nu Avropada gücləndirmək üçün qırıcılar göndərəcək

Dünya xəbərləri Materials 24 Fevral 2022 06:12 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Müdafiə Nazirliyi NATO-nun şərq cinahını gücləndirmək üçün beşinci nəsil F-35 qırıcılarını göndərmək qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, regiona həmçinin AH-64 hücum helikopterləri göndəriləcək. ABŞ departamenti əlavə qüvvələrin bu hərəkətinin rotasiya xarakterli olduğunu qeyd edib.

Daha əvvəl ABŞ-ın İtaliyadan Baltikyanı ölkələrə 800 hərbçi göndərəcəyi bildirilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti