...

Ukrayna DİN Rusiyanın Kiyevə hücum planlaşdırdığını bildirib

Dünya xəbərləri Materials 25 Fevral 2022 10:31 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko Rusiya qoşunlarının fevralın 25-də Kiyevə hücum etməyə planlaşdırdığını bildirib.

Trend-in məlumatına görə, bu barədə o, sosial şəbəkədə yazıb.

"Ən ağır gün bu gün olacaq. Düşmənin planı tank dəstələri ilə İvankov və Çerniqov istiqamətindən Kiyevə hücum etməkdir", - deyə o yazıb.

Eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Dimer və İvankov yaşayış məntəqələri yaxınlığında döyüşlərin getdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti