...

Ankara Ukraynada atəşkəsin təmin olunması üçün səylər göstərir - Ərdoğan

Dünya xəbərləri Materials 26 Fevral 2022 19:28 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, iki ölkənin liderləri Rusiyanın Ukraynadakı hərbi əməliyyatı mövzusunu və bununla bağlı son hadisələri müzakirə ediblər.

Türkiyə dövlətinin başçısı Ukrayna vətəndaşlarının ölümü ilə əlaqədar başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

R.T.Ərdoğan qeyd edib ki, Ankara Ukraynada qan tökülməsinin və böyük dağıntıların qarşısını almaq üçün tezliklə atəşkəsin təyin olunması üzrə səylər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti