...

"General Motors" Rusiyaya avtomobil tədarükünü dayandırır

Dünya xəbərləri Materials 1 Mart 2022 06:26 (UTC +04:00)
"General Motors" Rusiyaya avtomobil tədarükünü dayandırır

Bakı. Trend:

Amerikanın avtomobil istehsalçısı "General Motors" Rusiyaya avtomobil ixracını dayandırır.

Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatına istinadən "Fox Business" telekanalı xəbər yayıb.

Məlumata əsasən, avtomobillərin tədarükü qeyri-müəyyən vaxta qədər dayandırılır. Şirkətdən bildirilib ki, Ukrayna ətrafındakı vəziyyətin inkişafının izlənməsi davam etdirilir və sanksiyaların "mənfi təsirini azaltmaq" üçün tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti