...

Lukaşenko Rusiya ilə gömrük qanunvericiliyinin uyğunlaşdırılmasına dair saziş layihəsini təsdiqləyib

Dünya xəbərləri Materials 3 Mart 2022 20:45 (UTC +04:00)
Lukaşenko Rusiya ilə gömrük qanunvericiliyinin uyğunlaşdırılmasına dair saziş layihəsini təsdiqləyib

Bakı. Trend:

Belarus prezidenti Aleksandr Lukaşenko Belarus və Rusiya arasında gömrük qanunvericiliyinin uyğunlaşdırılması və gömrük sahəsində əməkdaşlıq haqqında saziş layihəsini danışıqlar üçün əsas kimi təsdiqləyib.

Trend bu barədə TASS-a istinadən məlumat verir.

"Belarus Dövlət Gömrük Komitəsi bu saziş layihəsini müzakirə etmək və təsdiq edilmiş layihə çərçivəsində razılıq əldə olunarsa, onu imzalamaq səlahiyyətinə malikdir", - prezidentin mətbuat xidməti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti