Bakı. Orxan Nəbiyev - Trend:
Meksikanın qərbindəki Xalisko ştatında insan qalıqları olan 50-dən çox kisə aşkar edilib.
Trend-in məlumatına görə, bunları Meksikada itkin düşmüş şəxslərin axtarışı ilə məşğul olan ictimai təşkilatın üzvləri tapıb.
Kisələrdə, ümumilikdə 30-a yaxın itkin düşmüş şəxsin qalıqlarının olduğu ehtimal edilir.
Meksikanın İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyinin məlumatına əsasən, 2021-ci ildə 33 mindən çox şəxs cinayətkar qruplaşmaların qurbanı olub.