Bakı. Orxan Nəbiyev - Trend:
Brüsseldə NATO xarici işlər nazirlərinin növbədənkənar iclasında Ukraynadakı vəziyyət müzakirə olunub.
Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.
"Brüsseldə NATO xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak etdik. Ukraynadakı hadisələr barədə fikir mübadiləsi apardıq. Müttəfiq olaraq Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik", - M.Çavuşoğlu yazıb.