...

Rusiyanın Niderlanddakı səfirliyinə partlayıcı qurğu atılıb

Dünya xəbərləri Materials 5 Mart 2022 15:23 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyanın Niderlanddakı səfirliyinin konsulluq şöbəsinin ərazisinə partlayıcı qurğu atılıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya səfiri Aleksandr Şulgin deyib.

Onun sözlərinə görə, hadisə ötən gün baş verib, qurğu işə düşməyib.

Səfir əlavə edib ki, öz ünvanına, eləcə də səfirliyin digər əməkdaşlarının ünvanına təhdidlər gəlməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti