...

Ərdoğan Şarl Mişellə Rusiya-Ukrayna məsələsini müzakirə edib

Dünya xəbərləri Materials 5 Mart 2022 17:57 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Tərəflər Rusiya-Ukrayna məsələsini və son prosesləri müzakirə ediblər.

Rusiya və Ukrayna arasında sülhün yenidən təsis olunması üçün əllərindən gələn bütün səyləri davam etdirəcəkləri bəyan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti