...

Rusiya və Türkiyənin müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 8 Mart 2022 18:05 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən jurnalistlərə bildiriblər.

"Danışıqlar zamanı Ukraynadakı vəziyyət, eləcə də iki ölkə arasında Müdafiə Nazirlikləri xətti ilə əməkdaşlığın digər aktual məsələləri müzakirə edilib", - deyə Nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti