...

"Unilever" Rusiyaya investisiya və ixracı dayandıracaq

Dünya xəbərləri Materials 9 Mart 2022 03:05 (UTC +04:00)
"Unilever" Rusiyaya investisiya və ixracı dayandıracaq

Bakı. Trend:

Dünyanın aparıcı istehlak malları istehsalçılarından biri olan "Unileve"r Rusiyaya investisiyalarını dayandırıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin baş direktoru Alan Coulanın açıqlamasında deyilir.

"Biz məhsullarımızın Rusiyadan idxalını və Rusiyaya ixracını dayandırmışıq, mediaya, reklama da xərclərimizi dayandıracağıq. Biz ölkəyə investisiya qoymayacağıq", - deyə açıqlamada deyilir.

Eyni zamanda qeyd edilir ki, şirkət Rusiya bazarına yerli istehsal olan qida və fərdi qulluq məhsulları təqdim etməyə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti