...

İranda yay vaxtına keçid ləğv edilib

Dünya xəbərləri Materials 15 Mart 2022 12:21 (UTC +04:00)
İranda yay vaxtına keçid ləğv edilib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün İran parlamentində ölkədə yay vaxtına keçidi (əqrəblərin bir saat qabağa çəkilməsi) nəzərdə tutan qanun ləğv edilib.

Bu barədə Trend İran parlamentinin informasiya portalına istinadən məlumat verib.

Sözügedən qanunun ləğv edilməsi ilə əlaqədar İran parlamentində səsvermə keçirilib. 155 nəfər qərarın lehinə, 70 nəfər əleyhinə səs verib, 3 nəfər bitərəf qalıb.

Beləliklə İran parlamentinin 2007-ci il 22 avqust tarixli ölkənin yay və qış rejiminə keçməsi ilə əlaqədar saatların dəyişdirilməsi qanunu ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti