...

Ərdoğan və Zelenski arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 16 Mart 2022 22:56 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata əsasən, tərəflər Ukrayna ətrafındakı son hadisələri müzakirə ediblər.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə sülhə nail olmaq üçün intensiv diplomatik səylər göstərir.

Türkiyə dövlət başçısı vurğulayıb ki, Ankara Ukraynada uzunmüddətli atəşkəsin tezliklə bərqərar olmasına çalışır. O, müharibənin davam etdirilməsinin heç bir tərəfə fayda verməyəcəyini də bildirib.

R.T.Ərdoğan Ukrayna və Rusiya liderləri arasında görüş təşkil etmək üçün səylərini davam etdirəcəyini qeyd edib.

Dövlət başçısı əlavə edib ki, Türkiyə Ukraynadakı və qonşu ölkələrdəki ukraynalılara humanitar yardım çatdırmaqda davam edir. R.T.Ərdoğan humanitar dəhlizlərin səmərəli işləməsinin vacibliyini də vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti