...

Zelenski Almaniya parlamenti qarşısında çıxış edəcək

Dünya xəbərləri Materials 17 Mart 2022 06:00 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Almaniya parlamenti qarşısında çıxış edəcək.

Trend-in məlumatına görə, V.Zelenski bu barədə videomüraciətində deyib.

Ukrayna Prezidenti qeyd edib ki, gün ərzində Ukraynanın tərəfdaşları və dostları ilə danışıqlar aparıb.

O, Ukraynaya daha çox dəstək, Rusiyaya daha çox təzyiq üçün mübarizəni davam etdirəcəyini vurğulayıb.

Rusiya ilə danışıqları şərh edən V.Zelenski təmasların davam etdiyini bildirib: "Bizim üçün sülh naminə Ukrayna nümayəndə heyəti Rusiya nümayəndə heyəti ilə danışır. Mən istəyirəm ki, bütün vətəndaşlarımız, Ukrayna vətəndaşları indi məni eşitsinlər: danışıqlar davam edir, Ukrayna naminə danışıqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti