...

Tunisdə miqrantları daşıyan qayığın batması nəticəsində 20 nəfər ölüb

Dünya xəbərləri Materials 20 Mart 2022 07:01 (UTC +04:00)
Tunisdə miqrantları daşıyan qayığın batması nəticəsində 20 nəfər ölüb

Bakı. Trend:

Tunis sahillərində qeyri-qanuni miqrantların olduğu qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Trend-in məlumatına görə, bu barədə "Sinhua" agentliyi xəbər yayıb.

"Bu gün təhlükəsizlik xidmətinin əməkdaşları Nabul sahillərində daha 8 meyit aşkarlayıblar. Nəticədə ölənlərin ümumi sayı 20 nəfərə çatıb", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, qeyri-qanuni miqrantların olduğu qayıq martın 18-i qəzaya uğrayıb. Qayığda olan qeyri-qanunlar miqrantlar Suriya vətəndaşları olub.

Hazırda insanların axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti