...

ABŞ dövlət katibi İsrail və Fələstinə səfər edəcək

Dünya xəbərləri Materials 26 Mart 2022 22:10 (UTC +04:00)
ABŞ dövlət katibi İsrail və Fələstinə səfər edəcək

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken bu gun İsrailə səfər edəcək. E.Blinken burada hökumətinin nümayəndələri ilə görüşəcək, sabah isə Fələstinə səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında deyilib.

"Dövlət katibi Blinken martın 26-28-də İsrailə səfər edəcək və burada baş nazir [Naftali] Bennett, İsrailin xarici işlər naziri Yair Lapid, İsrailin müdafiə naziri Benni Qantz və İsrail prezidenti Yitshak Hertsog ilə görüşəcək", - deyə bildirilib.

E.Blinken İranı və Fələstin-İsrail münaqişəsini müzakirə etmək niyyətindədir. O, həmçinin Bəhreyn, Misir, İsrail, Mərakeş və BƏƏ-dən olan həmkarları ilə birlikdə diplomatik sammitdə iştirak edəcək.

Dövlət Departamentindən bildirilib ki, E.Blinken sabah İordan çayının qərb sahilidəki Ramallah şəhərində Fələstin prezidenti Mahmud Abbasla danışıqlar aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti