...

Ankara Rusiya ilə Ukraynanın mövqelərinin daha da yaxınlaşmasını alqışlayır - Çavuşoğlu

Dünya xəbərləri Materials 30 Mart 2022 03:44 (UTC +04:00)

Bakı. Trend:

Ankara danışıqlar prosesinin hər mərhələsində Rusiya və Ukraynanın mövqelərinin daha da yaxınlaşmasını alqışlayır.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbuldakı danışıqlarının yekunları üzrə dayib.

Onun sözlərinə görə, İstanbulda aparılan danışıqlarda bir sıra məsələlərdə razılaşma və mövqelərin yaxınlaşması qeydə alınıb. "Rusiya və Ukrayna ən mühüm irəliləyişə nail olublar", - deyə XİN rəhbəri bildirib.

M.Çavuşoğlu ölkəsinin Rusiya-Ukrayna danışıqlarının təşviqinə verdiyi töhfədən məmnunluğunu ifadə edib.

"Kiyev və Moskva arasında danışıqların gündəliyindəki daha mürəkkəb mövzulara Ukrayna və Rusiya xarici işlər nazirləri növbəti mərhələlərdə baxacaqlar. Bundan sonra iki ölkə prezidentlərinin görüşü gündəmə gələcək", - deyə XİN rəhbəri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti