...

Pakistanda yeni baş nazir seçilib

Dünya xəbərləri Materials 11 Aprel 2022 16:12 (UTC +04:00)
Pakistanda yeni baş nazir seçilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Pakistan Müsəlman Liqası - Nəvaz" partiyasının sədri Şahbaz Şərif ölkənin yeni baş naziri seçilib.

Trend-in məlumatına görə, o, Pakistan parlamentinin bugünkü iclasında baş nazir vəzifəsinə seçilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Pakistan parlamenti sabiq baş nazir İmran Xanı etmiadsızlıq səsverməsi nəticəsində istefaya göndərmişdi.

Parlamentin bugünkü iclasında İ.Xanın "Təhrik-i İnsaf" partiyası səsverməni boykot edərək kütləvi şəkildə istefa verdiklərini açıqlayıb.

Xatırladaq ki, Ş.Şərifin qardaşı Nəvaz Şərif 1990-93, 1997-99 və 2013-2017-ci illərdə Pakistanın baş naziri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti