...

Ukraynada hərbi əməliyyatlar başlayandan 200-dən artıq uşaq ölüb

Dünya xəbərləri Materials 17 Aprel 2022 11:00 (UTC +04:00)

Bakı. Trend:

Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 563-dən çox uşaq zərər çəkib, 202 uşaq ölüb, 361-dən çox uşaq yaralanıb.

Trend "UNİAN"a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorunun Ofisindən bildiriblər.

Məlumata əsasən, bu rəqəmlər yekun deyil, aktiv döyüş əməliyyatları aparılan ərazilərdə ölüm hallarının dəqiq sayı bilinmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti