...

Norveç Neft Fondu bu ilin birinci rübündə 74 milyard dollar vəsait itirib

Dünya xəbərləri Materials 21 Aprel 2022 20:21 (UTC +04:00)
Norveç Neft Fondu bu ilin birinci rübündə 74 milyard dollar vəsait itirib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dünyanın ən böyük fondu hesab olunan Norveçin Neft Fondunun 2022-ci il birinci rübündə itkiləri 74 milyar dollara yaxın olub.

Trend-in məlumatına görə, bu barədə təşkilatın maliyyə hesabatında deyilir.

Qeyd olunur ki, itkilər mövcud "qəliz geosiyasi vəziyyət"lə əlaqədardır. Hesabata əsasən, bu ilin birinci rübündə Neft Fondunun gəlirliliyi mənfi 4,9 faiz təşkil edib ki, bu da 653 milyard kron məbləğində (74 milyard dollar) itkilərə bərabərdir.

Qeyd edək ki, həm də Dövlət Pensiya Fondu kimi tanınan Norveç Neft Fondunun maliyyə aktivlərinin həcmi 1,5 trilyon dollara yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti