Bakı. Trend:
Rusiya ilə növbəti əsir mübadiləsi nəticəsində 14 nəfər Ukraynaya qayıdır.
Trend xəbər verir ki, bu barədə özünün "Telegram" kanalında Ukraynanın baş nazirinin müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müavini İrina Vereşük yazıb.
"Bu gün əsirlərin mübadiləsi baş tutub. 14 nəfər evinə qayıdır: 7 hərbçi, 7 mülki şəxs", - deyə İ.Vereşük bildirib.