...

Türkiyədə illik inflyasiya 70 faizə çatıb

Dünya xəbərləri Materials 5 May 2022 11:16 (UTC +04:00)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin aprelində Türkiyədə illik inflyasiya 69,97 faiz təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunur ki, inflyasiya mart ayı ilə müqayisədə 7,25 faiz, ötən ilin dekabrından bəri isə 31,71 faiz artıb.

İl ərzində ən çox nəqliyyat xidmətləri (105,86 faiz), ərzaq (89,1 faiz) və mebel (77,64 faiz) bahalaşıb.

Mart ayında illik inflyasiya 61,1 faiz təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti