...

Ankarada məktəb avtobusu yaşayış evinə çırpılıb, 11 nəfər xəsarət alıb (FOTO)

Dünya xəbərləri Materials 9 May 2022 11:59 (UTC +04:00)
Ankarada məktəb avtobusu yaşayış evinə çırpılıb, 11 nəfər xəsarət alıb (FOTO)
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin paytaxtı Ankarada məktəbliləri aparan avtobus yaşayış evinə çırpılıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 11 nəfər xəsarət alıb.

Qeyd olunur ki, xəsarət alanlardan 10-u şagird, biri isə evin sahibi olub. Onlardan üç nəfər xəstəxanaya yerləşdirilib.

Qəzanın sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti