Şri-Lankada etirazçılar istefa verən baş nazirin iqamətgahını yandırıblar

Dünya xəbərləri Xəbər 10 May 2022 01:44 (UTC +04:00)

Bakı. Trend:

Şri-Lankada etirazçılar istefasını elan edən baş nazir Mahinda Rajapaksanın iqamətgahını yandırıblar.

Trend-in məlumatına görə, bu barədə "ANI News" informasiya agentliyi bildirib.

Məlumata əsasən, Mahinda Rajapaksanın evi ada dövlətinin şimal-qərb hissəsindəki Kuruneqala şəhərində yanır.

Etirazçıların bir neçə deputatın və hökumət kabinetinin nazirlərindən birinin evini də yandırdığı bildirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti