...

Bu il Türkiyə dünya bazarlarına bir milyard dollardan çox müdafiə sənayesi məhsulu ixrac edib

Dünya xəbərləri Materials 10 May 2022 13:43 (UTC +04:00)

Bakı. Trend

2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 42,3 faiz artaraq 1,3 milyard dollara bərabər olub.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 392,1 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 29,6 faiz çoxdur” - deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində Türkiyə 3,612 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti